Karamel sousunun hazırlanma qaydası

Karamel sosu bir çox şirniyyatlarda istifadə olunur, blinçiklərdə, darçınlı yumrular üçün, kapkeyklərdə, tortlarda, çizkeyklərdə idealdır. Onunla hazırlanan dondurma və dondurma üçün sos kimi də çox gözəl olur.
İçində olan duz miqdarı onun dadını duzlu etməsi üçün deyil, daha da zəngin karamel dadı verməsini təmin etmək üçündür, əlbəttə biraz da duzun dadı hiss olunur. Fransada əsası qoyulan bu sos sonradan dünyanın bütün mətbəxlərinə girməyi bacarıb. Xüsusilə, bu resept o qədər dadlıdır ki, desertlərə əlavə kimi istifadə olunmaqdan başqa, qaşıqlayıb çayla və qəhvə ilə içmək belə mümkündür. Krem kimi, ipək konsistensiyasındakı sosu hər kəs bəyənəcəyinə əminəm.
Karamel sosunu hazırlayərkən bir neçə problemli məqam olur. Onlarla rastlaşmamaq və rastlaşdığınız halda qorxmamaq üçün, ideal olmasa da hazırlama mərhələlərinin şəkillərini bu yazıda yerləşdirirəm.

Ev üsulu karamel sosu
Bu reseptdən bir stəkandan biraz az sos əldə edəcəksiniz.

• 1 st. şəkər
• 80 qr. kərə yağı
• 1/2 st. krema, yəni qaymaq (120 ml) (məsləhət görülən yağlılıq miqdarı 30%)
• 1 ç.q. dəniz duzu (adi duz istifadə edirsinizsə, biraz az)

Hazırlanma qaydası:

1. Bir tava və ya qazanın içinə şəkəri töküb, qazın üzərinə qoyun, yavaş-yavaş spatula və ya taxta qaşıqla qarışdırın.

caramel sauce2. Bir neçə dəqiqə sonra şəkəriniz əriyəcək və əmbər (yantar) rəngi alacaq. Şəkərlərin hamısının əriməsini gözləyin, amma istiliyini az edin ki, karameliniz yanmasın.  Bu məqamda şəkər tozu düyün-düyün durduğu üçün dəfələrlə bişirməyimə baxmayaraq, narahatçılıq hissi keçirirəm, bəlkə bu dəfə elə bu şəkildə qalacaq düşünürəm. Amma, biraz daha isti vurduqdan sonra bütün şəkərlər əriyir, sadəcə səbrli olmaq, şəkərlərin əriməsini və sonra əmbər rəngli olmasını gözləmək lazımdır.

Əgər, bu linkdə olan karamel parçacıqlarını edirsinizsə, bu mərhələdə qazın üzərindən götürüb, yağlı kağızın və ya silikonun üzərinə tökün. Sos edirsinizsə, sonrakı mərhələlərə davam edin.karamelniy sous

3. Ərimiş və ənbər rəngində olan karamelin üzərinə kərə yağını əlavə edin, qarışdırmağa davam edin, amma əlinizi qoruyun.

desert sos karamel

4. Üzərinə kremanı əlavə edin və qarışdırın, bir dəqiqə sonra qazın üzərindən götürün.

karamel sos super rahat

karamel sous karamelniy

5. Kənara qoyun və duzu əlavə edib qarışdırın.

6. Başqa bir qaba tökün, yaxşı olar ki ağzını bağlaya biləcəyiniz qab olsun ki, soyuducuda saxlaya biləsiniz, təzə vaxtı duru olacaq, soyuyandan sonra sosunuz nisbətən qatılaşacaq.

Karamel sousunuz hazırdır. Sous üçün ideal reseptlərdən biri bloqdakı Dulçe de leçeli trileçe reseptidir, dulçe de leçe əvəzinə ev üsulu karamel sousu istifadə edə bilərsiniz.

karamel sosunu necə hazırlamaq

Saxlama qaydası:
Ağzıbağlı qabda soyuducuya qoyaraq 2 həftə saxlaya bilərsiniz.

Karamel sosunuz nuş olsun. Ən gözəl desertlərinizin bəzəyi olsun.

Şərhlər

  1. Asan gəldi mənə hazırlanması.Yəqinki qısa zamanda hazırlayacam bunu.
    Məndə blondi üçün karamel edəndə şəkərlər əriyənə qədər həyəcan keçirdim,içində daşlaşıb qalacaq şəkərlər düşündüm)) amma sonuç yaxşı oldu.

  2. Hə asandır. Gələcək zamanda karamel soslu desertlər də paylaşacam inşAllah.

  3. Bəli, Aysel xanım. 20%-li də istifadə etmək olar, bunlar balaca karton qutularda olanlardır, Milla, Ülker, Yörsan və s. 30% yağlılığı olan isə Domik v derevne, President markaları var.

  4. Isti isti indi hazirladim bu karamelden. Cox qeseng alindi. Nece deyerler tam kivaminda😊 Tesekkurler resept ucun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir