YAZ MEYVƏLƏRİ İLƏ 5 LƏZZƏT

Əvvəl düşündüm ki, mövsümü olmuşkən çiyələkli keksi instagram və facebook səhifələrimdə paylaşım, sonra düşündüm ki, bu mövsümün ən sevimlilərini bir yazıda birləşdirib oxuyucularım da işini rahatlaşdırmaq lazımdır. Beləliklə, yaz və yayın əvvəlinin meyvələri ilə hazırlanmış 5 favoritin linklərini aşağıda yerləşdirmişəm. 

Çiyələkli keks… Mövsümün sevimlisi, rahat və çox dadlı Martha Stewart imzalı keks, onu birinci növbədə rahatlığına və inqredientlərinin sadəliyinə görə sevirlər, mənim bloqumdan olan və fərqli əllərdən ən çox yediyim keksdir. Fotosu yuxarıda olan bu keksin resepti bu linkdədir

 

Vişnəli və kəsmikli keks. Bu keksin şöhrəti bloqu da, məni də keçdi. 🙂 Əslində kəsmikli reseptləri bizim xalqın çox sevdiyini bilirdim, amma bu qədər sevdiyini təxmin etmirdim. 🙂 Kəsmik sevərlər zəhmət olmasa bu linkə gəlsinlər. Bu arada vişnə əvəzinə çiyələk, moruq, böyürtkən də istifadə edə bilərsiz. 

Limonlu və vişnəli alman keksi.. Bu keks mənim favoritimdir. Sadə və ideal. Almanların hər şeyə yanaşma tərzi onların şirniyyatlarında belə hiss olunur.  Yanına bir top dondurma ilə də dadına doymaq mümkün deyil. Əslində bu o qədər məşhurlaşmadı keçən il, səbəbi məncə albalı mövsümünün son günlərində yazını yerləşdirməmdir. Keçən il dadına baxmayanlar bu il yan keçməsinlər, əminəm ki, bəyənəcəksiniz. Resept bu linkdədir. 

Dondurma mövsümündə evdə hazırlanmış, çiyələkli dondurma yemək şərtdir. Bir ara bir layihə ilə bağlı dondurmalarla maraqlanmalı oldum və ondan sonra alınma dondurma yeməmişdən qabaq təkrar-təkrar düşünmək lazımdır deyirəm. Resept bu linkdədir. 

 

Cenk Sönmezsoydan çox dadlı resept vişnə və badamlı keks.. Çox və çox dadlıdır, biraz digərlərinə görə daha çətindir, amma sadəcə biraz. Resept isə bu linkdədir

Bunlardan hansını seçirsinizsə seçin, nuş olsun! 🙂

Şərhlər

  1. Salam,Aygün xanım. Necəsiz?
    Planımda çiyələkli kes var. Keçən il 4 dəfə hazırlamışdım.
    Limonlu keks də var planda. O lap bəyənildi.

  2. Saturday Menu

    Nuray təşəkkür edirəm. Yaxşıyam, şükür. Siz necəsiniz? Mən də o limonlunu çox bəyənirəm. Nuş olsun, bişirəndə fotosunu göndərərsiniz )

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir