BALLI & XAMALI KEKS

Bəziləri üçün pəhriz sadəcə günləri və çəkiləri saymaqdır, geri dönmək üçün, alışdığı şəkildə qidalanmaya yeniden keçmək üçün. Amma mənim kimisi üçün artıq yolun sonu idi. Bunu və səbəblərini gələcək yazılarda uzun-uzun müzakirə edəcəm. İndi müsbət tərəflərindən yazım, bir pəhrizə başlayıb ömür boyu davam etdirəcəm deyiriksə, mütləq və mütləq bu qidalanma tərzinə hər hüceyrəmizlə güvənməliyik. Mən də şəkəri və karbohidratları gündəlik rasionumdan çıxarmaqla bərabər, bu qərarın doğruluğuna bütün qəlbimlə inanıram. İkinci mərhələdə isə, təbii ki, yaxınlarını və sevdiklərini qorumaq hissidir, ziyan olduğunu inandığım qidaları onların yeməsini də çox da istəmirəm. 

Bu şəkildə tam olmasa da, ailə menyumuz alışdığımız tərzdən çıxıb bir qədər dəyişik hal almağa başlayır, təbii ki, bunu heç kəsi incitməyəcək və mümkün olduğu qədər yavaş tempdə etmək üçün xüsusi əmək sərf edirəm. Yeni menyumuzla bərabər bildiyiniz, illərlə sizlərlə də paylaşdığım şirniyyatlar rasionda xeyli azalıb, yerini daha sağlam qidalar tutmağa başlayır. Amma bəzən təbii ki, evdə üsyan olur, şirniyyat üsyanı. Belə üsyanlar zamanı daha doğru və sağlam seçimlər etməyə çalışıram. 

Bugün paylaşacağım ballı və xamalı keks də nisbətən sağlam seçimlərdən biridir. Bal hər nə qədər şəkərin çeşidlərindən biri olsa da, təbiiliyi səbəbilə, eyni zamanda tərkibindəki 70% şəkərin 40%-inin fruktoza, geri qalanın qlükoza olma səbəbilə daha sağlam qida hesab olunur. Hətta, təbii qidalanan Paleo pəhrizində şəkərə təmamilə icazə olmasa belə, bala icazə var. 

Bu reseptdə də şəkərin çox hissəsi bal ilə əvəz olunmuşdur. Dadına baxmasam da, ətrafımdakıların bəyənməsinə görə bloqa doğru yolunu aldı. İçindəki bal səbəbilə bildiyiniz şəkərli kekslərdən bir azacıq quru konsistensiyaya sahibdir. Bu səbəbdən alman keksləri kimi yanında çalınmış qaymaqlı kremi çox məsləhət görürəm. 

Ballı və xamalı keks

Resept Donna Hay-in mükəmməl reseptlərindən birindən adaptasiya olunmuşdur. Bu resept 23 smlik dairəvi qab üçün nəzərdə tutulmuşdur. Və ya çələng formasında olan BUNDT keks qabında bişirə bilərsiniz. 

• 1¾ st. un
• 2 ç.q. qabartma tozu
• ¼ ç.q. duz
• 
½  st. bal
• 
150 qr. kərə yağı (əridilmiş)
• 
¾ st. şəkər tozu
• 
¾ st. (180 ml) xama
• 
3 ədəd böyük yumurta (otaq temperaturunda)

Servisi üçün:

• Biraz bal
• Qaymaqlı krem

Hazırlanma qaydası:

  1. Sobanı 180C° qızdırın. Keksi bişirəcəyiniz qabı yağlayıb, unlayın.
  2. Şəkər, qabartma tozu, un və duzu bir böyük qabda qarışdırın.
  3. Başqa bir qabda əridilmiş yağ, xama, bal və yumurtaları qarışdırın.
  4. İki qarışımı bir-birinə qataraq təxminən 30-35 dəqiqə müddətində, kibrit çöpü ilə test etdikdən sonra sobadan çıxarın.
  5. Bir qədər soyuduqdan sonra servis edə bilərsiniz, azacıq ilıq olduqda daha da dadlıdır.
  6. Servisi üçün çalınmış qaymaq kremi və biraz bal hazırlayın. Qaymaqlı krem üçün 33%li kremi çalıb, içinə zövqünüzə görə şəkər pudrası və vanil əlavə edərək hazırlaya bilərsiniz. Və ya hazır dezodorant kimi qablarda olan çalınmış kremdən (üzərində whipped cream yazıır) istifadə edə bilərsiniz. 

Saxlama şəraiti və müddəti:

Ağzı qapalı şəraitdə 3 gün saxlaya bilərsiniz. Tosterdə tost etdiyinizdə də çox gözəl olur.

Ballı və xamalı keksiniz nuş olsun!

Şərhlər

  1. Nuray xanım, hər zaman ilk komment yazdığınız üçün, bu qədər diqqətiniz üçün xüsusi təşəkkür edirəm. Balınız olan kimi prob edərsiniz. Sizin üçün istədiyinizdə qramajları da yaza bilərəm.

  2. Dadli gorunur, ama men de son 3 ayda shekeri ve karbohidrati cixartmisham. Heftede bir defe cheat meal gunu olanda bezen shirniyyat ve ya ziyanli bir shey yeyirem :))) amma, bunu heyat terzine cevirdikde ele de dehsetli ve aglamali veziyyet deyil. Hetta bele qidalanma daha cox xoshuma gelir. Ve artiq ailedekiler de bu terze kecib. Pehrizde ugurlar ve daha cox pehriz reseptleri gormek isterdim!! Gelin birbirimizi heveslendirek, onda daha asan olur :))

  3. Super Ruxsara xanım, çox sevindim ki, mənim kimi kimsə belə seçim edib, demək olar ki, eyni vaxtda mənimlə. Məndə də artıq dörd aydır. Düzdür, başlamaq çətindir. Gerisi xeyli rahatdır, mən özümü indi pəhrizdə, nədənsə məhrum olunmuş hiss etmirəm. Mən indi, yəni pəhrizin son 3 ayı heç cheating eləmirəm. Belə siz demiş çox da xoşbəxtəm. Ailədəkilərinizin adına da çox sevindim, bizdə də onların yeməkləri çox dəyişib, amma yenə də hələ dəyişəcək çox şeylər var. Gələcək yazılarımda pəhrizimdən, karbohidratsız yaşamaqdan və səbəblərindən yazmağı çox istəyirəm. Nəticədə bloq gündəlikdir, gündəlik həyatımdan yazmalıyam. Arada isə qorxuram, çünki, indiki izləyicilərim əsasən dadlı və şirin nə bişirə bilərəm adı ilə bloquma baxırlar. Şəkər antireklamı necə təsir edəcək onlara bilmirəm. ))) Şəkər günahdır yazım yadıma düşdü, imkanınız olsa oxuyarsınız -http://saturdaymenu.com/gunah-s%C9%99k%C9%99r-v%C9%99-violet-butterskotch-blondi/

  4. Mən artıq 3- 4 ildir karbohidtarları -şəkər və unu qida rasitonumdan çıxartmışam. Bəzən şirin çayla qoğal üçün darıxıram- amma yemirəm.Şəkər istəyimi ərik qurusu ilə, şirniyyat istəyimi ağartı məhsullarına darçın töküb yeməklə yox etmək istəyirəm.Amma arada ” kaçamaklar” olur. Bu keksdən də edib çoooox azca – bir çimdik dadına baxacam:))
    Pəhriz mənim üçün də ancaq çəki azaltmaq deyil – bəzən ,hətta çox zaman çəki azalmır amma mən sanki daha da yüngülləşmiş hiss edirəm özümü.

  5. Bu qədər uzun müddət şəkərdən uzaq qalmaq super göstəricidir. Mənim 7-8 aylıq 2013-2014də yemədiyim dövr olmuşdu, amma sonra yenə bu sevgiyə mi, tutquyamı deyim yenilmişdim. Bu dəfə isə ömürlük olacağına ümid edirəm.

    Elnurə, nə əcəb çəki vermirsiniz? Adətən az ya çox çəki verilir şəkərdən uzaq durduqda.

  6. Yazını oxuduqca maraq yaranır adamda. girişlər elə maraqlı və faydalıdırki bunun üçün xüsusi təşəkkür edirəm sizə və davamını hər zaman gözləyirəm. Darıxmışdım yazılarınız üçün. Keksləri çox sevdiyim üçün bu şirniyyatı mütləq bişirəcəm. Mənə görə kekslər bir başqadır))

  7. Çox təşəkkür edirəm Şəfəq. Sevinirəm, yazımın önsözlərini tərifləyəndə. Çünki, hər zaman yazma səbəbim reseptdən daha çox məhz önsözlərdir. )) Yazmağı sevirəm.

  8. salam Aygun xanim. duz deyirsiz hacan sirniyyat bisirmek lazim a da ilk unvanim bura olur ve cox zaman ele burdan bir resept alib cixiram hemesede gozleyirem yeni reseptleri. haqlisiz coxda xeyirli qida deyil seker karbohidrat. menim qaynanamda 4 ay falan var butun sirin dadan ne varsa hamisindan uzaqlasib
    elecede un, duyu karbohidrat ola bilen aglimiza ne gelirse hamisindan. masaAllah 18 kg verib oda eyni sizler deyeni deyir ilk zamanlar eziyyet cekirdi ama indi deyir hec yadimada dusmur. saglam yasam adina boyuk ugurdu. ugurlariniz bol olsun her isinizde.

  9. he birde ele saglam yasamdan soz dusmusken belke unu sekeri tamamen kesmerem ama saglam yasam haqda mende calisiram biseyler edem ailemizi ovladimizi qoruma adina kimyasallardan falan. butun bilgilerinizi bizlerle bolusseniz cox sevinerik

  10. Vusala, bloqum üçün belə gözəl sözlərə görə çox təşəkkür edirəm. Sizin kimi izləyicilər məni ruhlandırır yazmaq üçün. Qaynananızı təbrik edirəm, böyük uğurdur. Mənim valideynlərim də qlütensiz qidalanmağa başlayıblar. Çox sevinirəm onların hamısının adına. Sizə də qorunma adına uğurlar arzu edirəm. Hər zaman Amerikada çətindir eşidirəm, hər şeyin içində nələrsə artıq maddələr var deyirlər, üzərini diqqətlə oxumaq lazımdır deyirlər. Amma inanın ki, Azərbaycanda bu mənada daha çətindir. Orda içində nə var yazırlar, bizdə heç yazmırlar da. Sadəcə intuisiyamıza, bəzən də çarəsizliyimizə güvənməli oluruq. Amma siz dediyiniz tərz yazılar yazmağı planlayıram. Yenə də yuxarıda kommentdə olduğu kimi biraz insanlar yemək bloqunda bunları necə qarşılayacaq deyə ehtiyat edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir