YAYIN MÜJDƏÇİSİ ÇİYƏLƏKLİ KEKS

Qaranquş və bənövşə yazın xəbərçisi olduğu kimi, çiyələklə alça isə mənə yaxında yay və istilər olacaq deyə xəbər verir. Yayı anormal sevdiyimə görə də bu qırmızı-yaşıl çalarlar bazarları, marketləri tutduğunda gözümə sankı işıq gəlir.

Planlarımda super blondie resepti paylaşmaq olsa da, çiyələkləri və bir-neçə adamın çiyələkli resept axtarmasını görüb fikrimi dəyişdim. Çiyələkli resept düşünəndə isə Martha Stewart-ın bəsit, tez başa gələn «Çiyələkli keks» reseptini xatırladım. Klafuti ilə keksin arasındakı yumşaqlığa malik keks çiyələyin qoxusunu, dadını qoruyur, eyni zamanda bu keks çox yumşaq və ağızda əriyən konsistensiyası var.

Çiyələkli keks
Keks 25 sm diametrində piroq qabı üçün nəzərdə tutulmuşdur, əğər belə qabınız yoxdursa, 20 sm diametrində keks qabında edə bilərsiniz, yaxşı olar ki, kənarları açılan qab olsun, çünkü keksin yapışqanlığı normadan artıqdır, qaba yapışır. Teflon ve ya silikon da ola bilər.

Bu resept Martha Stewart’s Cakes: Our First-Ever Book of Bundts, Loaves, Layers, Coffee Cakes, and more kitabından adaptasiya olunmuşdur.

• 85 qr. kərə yağı (otaq temperaturunda)
• 1½ st. un
• 1½ ç. q. qabartma tozu
• ½ ç. q. duz
• 1 st. şəkər tozu xəmir üçün + 2 x.q. şəkər tozu çiyələklərin üzəri üçün
• ½ st. süd
• 1 böyük yumurta
• 1 ç. q. vanil ekstraktı, əgər vanil ekstraktınız yoxdursa, şəkərli vanilinlə əvəz edə bilərsiniz
• 350 qr. çiyələk (orta böyüklükdə, təmizlənmiş və yarı bölünmüş)

Hazırlanma qaydası:

  1. Sobanızı 175C° qızdırın. Qabınızı yağlayıb, unlayın.
  2. Un, qabartma tozu, duzu ələyin və bir-birinə yaxşı qarışdırın.
  3. Başqa bir qabda əvvəlcə şəkər tozu və yağı qarışdırın, yaxşı olar ki, mikserlə, sonra üzərinə yumurtanı, vanil ekstraktını, daha sonra südü əlavə edib qarışdırmaq lazımdır.
  4. Sonra unlu qarışımla digərini bir birinə qarışdırın.
  5. Qabın içinə xəmirinizi töküb üzərinə yarım bölünmüş çiyələkləri bütöv tərəfi üzüyuxarı şəkildə yerləşdirin. Çiyələklər keksin səthini maksimum şəkildə örtməlidirlər.
  6. Çiyələklərin üzərinə yerdə qalan 2 x.q. şəkər tozunu səpib, keksinizi bişməyə qoyun.
    10 dəq. bişəndən sonra sobanızın dərəcəsini 160C°-yə azaldıb, təxminən 1 saat bişirin.

Çiyələkli keksiniz nuş olsun!

Qeyd: Şəkillərin və yazının müəlliflik hüququ mənə aiddir, mənbəyə istinad vermədən istifadə olunmamasını xahiş edirəm.

 

Şərhlər

  1. Salam. Bele gozel resepti bizimle bolushduyunux uchun teshekkurler. Artiq 3cu defedir edirem ve ilk defesinden o qeder dadli alinmishdi ki, bir defeye yeyildi 🙂

  2. Saturday Menu

    Size de kommentiniz uchun teshekkurler. Nush olsun. Bunu beyenmisinizse, son gunlerde paylashdigim kesmikli ve vishnelini de sinayin. Chox beyenersiniz.

  3. Novbeti hedefim odur 😊 Eminem ki cox beyenilecek o da. Chox sag olun, bele gozel reseptlerle bizleri sevindirmeye davam edin 🤗

  4. Saturday Menu

    Aisham, chox teshekkur edirem. Davam etmeyi hedefleyirem men de 😊

  5. Aygun xanim, bezen mende meyveler ashagi cokur, bele yuxarida durmur, nece ede bilerem men ?

  6. Saturday Menu

    Nuray xanım, soba əvvəldən mütləq yaxşı isidilməlidir, isti olmasa da düşür. Bəzən bütün şərtlər yerində olsa belə, çiyələyin çox sulu olması nəticəsində düşür, ona bir şey eləmək olmur təəssüf ki.

  7. Aygun x, cox sag olun. Bir de men indi edirem. Zehmet olmasa mene sudu qramla deye bilersiz ? Isteyirem degig alinsin.
    Bir de ciyeleklerim donmushdur. Onla alinar ? Hal-hazirda marketde yoxdur biz terefde teze ciyalak.

  8. Saturday Menu

    Donmuş çiyələklə alınacaq, amma çiyələklər çox güman ki çökəcək. Süd 120 ml. Digərlərini də qramla yaza bilərəm istəsəniz Nuray xanım.

  9. Eledim, Aygun xanim. Yarisi cokdu, amma yarisi cokmedi . Onlari salfetkaya bukdum ki, tam suyu cekilsin. Hec su salmadi. Gorumushu cox gozeldir. Chox da yumshagdir.Dadini bilmirem amma. Inshaallah, sabah sheklin chekerem baxarsiz. Teshekkur edirem size )

  10. Saturday Menu

    Nuş olsun Nuray xanım. Dadını da çox bəyənəcəyinizə ümid edirəm. Çox dadlı olur. Sabah şəklini gözləyəcəm. 🙂

  11. Ozum yemeyecem. Qonshuya hediyye etmek uchun bishirdim. Inshaallah o beyener. Amma iyi, gorkemi ve yumsag olmagi cox gozeldir. Xemiri de edende hiss eledim ki, konsistensiyasi gozeldir. Maragli xemir alindi. Adeten sud ve yag birlikde cox az reseptlerde rast gelirem. Amma netice alindi. Teshekkur edirem size de komeyiniz uchun. Eziyyat verdim.

  12. Saturday Menu

    Əziyyət deyil, xoşdur. Hədiyyənizi də inşallah bəyənərlər. )) Xəmirin konsistensiyası doğrudan çox çox xoş olur.

  13. Inshaallah. Bir de sizden yene xahishim var. Men ne geder vanil aliram gorurem ki, bosh sheydir. Hec iyi gelmir. Mene gozel vanil ve satilan yer deye bilersiz ?
    Bir de jelatin. Amma donuz terkibli olmayan ve tortdan iyi hiss olunmayan.

  14. Saturday Menu

    Nuray xanım, mən özüm vanilin istifadə etmirəm, vanil çubuqları alıram Amerikadan, özüm ekstraktını hazırlayıram, baha başa gəlir, amma təbii olur. Vanilinlə bağlı bu səbəbdən elə də məsləhət verə bilmirəm, keçən il ekstraktım qurtaranda təcili Arifoğlu Saf vanilya aldım, bu arada saf yazmaqlarına baxmayın o da vanilindir. Rəsmən zəhər kimi çıxdı, bir bütöv keksi atmalı oldum. Başqalarını da sınamamışam. Jelatinlə bağlı isə Altunoğulları Təzə bazarın arxasında həm halal jelatini, həm də jelatinin bitki mənşəli əvəzedicisini ordan tapa bilərsiniz.

  15. Cox teshekkur edirem size. Eziyyat verdim.
    Ciyalakli ise super.Indi yeyirler. Hami “ela” dedi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *